Zəmanət

 LOKANO satmış döşəmə örtüklərinin və aksesuarların keyfiyyətinə zəmanət verir.             

 

1. LAMİNAT PARKET, TƏBİİ MASSİV  PARKET, VƏ ÇOXQATLI PARKET DÖŞƏMƏLƏRİ ÜÇÜN

 

1.1. Döşəmə zəmininin rütbutətliliyi: 

- taxta döşəmə, dikt (faner), ağacyonqarlı lövhə  (DSP və OSB) zəminlər üçün 12%-dən; 

- beton, polimersement (sttyajka) və s. örtüklər üçün  2%-dən aza olsun. 

1.2. Döşəmə zəmininin səthinin əyriliyi  2 m-də  2 mm-dən çox olmasın.

1.3. Döşəmə montaj edilən obyetktdə havanın temperaturu  18°C-dən az olmasın və döşəmə səthində havanın nisbi rütubəti 70%-dən çox olmasın.

1.4. Bərk döşəmə zəminləri (sement, polimersement, özüyayılan döşəmə örtükləri və s.) kifayət qədər möhkəm olamlıdır. (Bu yerində usta tərəfindən «Ri-Ri» testi ilə müəyyən edilir).

1.5. Döşəmə örtüyü quraşdırıldıqdan sonra həmin məkanda rütubəti artıracaq hər hansı bir iş görülməsin.

1.6. Döşəməyə daim düzgün qulluq göstərilsin –döşəmə sulu əski ilə deyil sıxılmış nəm əski ilə təmizlənsin. Mebel ayaqlarına qoruyucu keçə vurilsun. Ağac və laminat səthlər üçün xüsusi yuyucu vasitələr istifadə olunsun. 

1.7. Döşəmə örtüyünün istismar müddətində döşəmə vurulan sahədə (mənzi, ev, ofis, bina vəs.)  havanın temperaturu 18-22°C, nisbi rütubət 40-65% olmalıdır.