Laminata qulluq

Laminata qulluq

Laminat parket üzərinə qoruyucu təbəqəli plyonka yapışdırılmış bir döşəmə örtüyüdür. Laminata döşəməyə qulluq və təmizlənmə işləri onun üzərindəki bütün çirkləri üst örtüyü zədələmədən aparılmalıdır. Üst örtüyün zədələnməsi və bu çatlara suyun hopması laminatın vaxtından əvvəl köhnəlməsinə səbəb olur.

GÜNDƏLİK QULLUQ

1:200 nisbətində Laminat təmizləyicinin məhlulunu hazırlayın ( 50 ml maddə 10 l suda həll edin). Bu məhlulda isladılmış və yaxşıca sıxılmış əski ilə döşəməni təmizləyin. Həddən artıq islanmış əski istifadə etməyin. Böyük sahələrdə monodisk 400 dövr/dəq. sürətli döşəmə təmizləyici  maşınlardan (SPR  2) istifadə edin. 

  Sərfiyyat  1l = 1000 m 2

Yağlı və çətin çıxan ləkələr : Laminat təmizləyicini bu halda duruldulmadan istifadə edin. Yapışqan , saqqız və s kimi çətin ləkələrdə Universal ləkəçıxaram - ELATEKS istifadə edin. 

Məsləhət: Laminat döşəmə səthləri uzun müddət nəm qalmamalıdır. Laminat plankalarının birləşmə yerlərinin şişməməsi üçün Laminat birləşmə qorucusu istifadə edin. Ekspress təmizlik üçün Spreymax istifadə edin.