Geri qaytarma şərtləri

Keyfiyyətdən şikayət və reklamasiya qaydası:

Diqqət!  Məhsulların seçiminin və keyfiyyətinin qiymətləmdirilməsi onun quraşdırılmasından əvvəl aparılır. Alıcı montajçı usta ilə birlikdə söşəmə örtüyünü səthə montaj etmədən əvvəl 1 qutu açmalı, diqqətlə nəzərdən keçirməli və ümümi görünüşü və keyfiyyətinə əmin olduqdan sonra quraşdırma başlanılır. Döşəmə örtüyü montaj edildiyi andan etibarən müştəri tərəfindən qəbul edlimiş sayılır. Məhsula baxış keçirildikdə Alıcı tərəfindən onun keyfiyyəti əvvəlcədən razılaşdırıldığı parametrlərə uyğun gəlmədiyi halda, o bu keyfiyyətsizliklər və defektlər haqda qeyd aparır və maksimal şəkildə fotoşəkili çəkilərək Satıcıya bütün satınalma sənədləri ilə birlikdə təqdim edilir. Bu halda məhsullar qaytarılır və müştərinin ödədiyi vəsait ən geci 10 gün ərzində geri qaytarılır. Bununla birlikdə, Alıcının Satıcının təqdim etmiş olduğu dəlillərlə razılaşmamaq və müstəqil ekspertiza təyin etmək hüququ vardır ( Bu halda maksimum 1 ay ərzində Satıcı Alıcının irad və təkliflərini cavablandıracaqdır).  Əgər montajdan sonra reklamasiya verilirsə, o halda Alıcı Satıcıya parketin montajının bütün texniki tələblər daxilində yerinə yetirilmsini sübut edən sənədləri təqdim etməlidir.